HİCAB-QƏRBİ DƏLİ EDƏN HƏQİQƏT

Bismilləhirrəhmanirrahim
Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) rəvayət olunan hədislərin birində deyilir ki, Rəsulullah belə buyurub; “Ümmətlər (millətlər) sizin üstünüzə gələcəklər (hücum edəcəklər), necə ki, heyvanlar öz yem qablarına gəlirlər.”
Budur, şərqdən tutmuş qərbə kimi bütün millətlər biz müsəlmanların üstünə gəlirlər, yalnız işləri bizimlədir. Nə olsa bizim üstümüzə yıxırlar, qanunlarımızı və şəriətimizi dəyişməyə çalışırlar, yaşadığımız həyata həsəd aparıb, qısqanıb dağıtmaq istəyirlər.
Əxlaqımız onların göz dağı olur deyə, mədəniyyətimizi söküb talan edirlər. Hər cür vasitəylə bizi rəzil etməyə çalışırlar. Adı müsəlman olanlar da var ki, bizi içimizdən dağıdırlar, kafirlə əl-ələ tutub üstümüzə gəlirlər.
Hər gün daha dəhşətli hallarla üzləşirik. Fransa höküməti İslami örtüyə qarşı çıxması az deyilmiş kimi, Misir Mədəniyyət naziri “Hicab, bir addım arxaya qayıtmaqdır”- deyir.
Müsəlman bacılarım və əzizlərim!
Sizin hicabınız və örtünməyiniz qərbi həqiqətən dəli edir. Bu qədər açıq-saçıqlığın, əxlaqsızlığın, mədəniyyətsizliyin, gəncliyin çöküşə və rəzilliyə getdiyi bir dönəmdə sizlərin hələ də namuslu və təmiz gəzdiyiniz onları yandırır. Dünya bu qədər dəyişir, hisslər, ehtiraslar və istəklər baş alıb gedir, müsəlman qadın isə Allahın əmrindən çıxmayaraq öz örtüsündə gəzir. Bilirsinizmi bu, imansızları nə qədər incidir?!
Yazının ardını oxu »